Maykl Pompeo oktyabrda Avropa ölkələrinə səfər edəcək

Maykl Pompeo oktyabrda Avropa ölkələrinə səfər edəcək ABŞ-ın dövlət katibi Maykl Pompeo 1-6 oktyabr tarixlərində İtaliya, Monteneqro, Şimali Makedoniya və Yunanıstana səfər edəcək.
Digər ölkələr
28 Sentyabr , 2019 08:14
Maykl Pompeo oktyabrda Avropa ölkələrinə səfər edəcək

ABŞ-ın dövlət katibi Maykl Pompeo 1-6 oktyabr tarixlərində İtaliya, Monteneqro, Şimali Makedoniya və Yunanıstana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Amerika Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd olunub ki, Romaya səfəri çərçivəsində Pompeo Roma Papası Fransisk, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella, Baş nazir Cüzeppe Konte və Xarici İşlər naziri Luici Di Mayo ilə görüşəcək.

Dövlət katibi, eyni zamanda, ata-babalarının Abruzzo şəhərində yerləşən evini ziyarət etmək niyyətindədir.

Maykl Pompeonun Monteneqro, Şimali Makedoniya və Yunanıstanda da yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirəcəyi qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi