Maykl Pens ABŞ-ın İranla nüvə sazişindən çıxa biləcəyini açıqlayıb

Maykl Pens ABŞ-ın İranla nüvə sazişindən çıxa biləcəyini açıqlayıb Vitse-prezident: "Rəsmi Vaşinqton Tehranın nüvə silahları yaratmasına yol verməyəcək"
Digər ölkələr
6 Mart , 2018 10:39
Maykl Pens ABŞ-ın İranla nüvə sazişindən çıxa biləcəyini açıqlayıb
Getty

Bakı. 6 mart. REPORT.AZ/ "Rəsmi Vaşinqton Tehranın nüvə silahları yaratmasına yol verməyəcək".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens deyib.

Onun sözlərinə görə, İran ballistik raketlərin hazırlanması üzrə işlərini davam etdirir, eləcə də terror təşkilatlarını dəstəkləyir.

M.Pens bildirib ki, ABŞ Prezidenti Donald Tramp nüvə razılaşması ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün Tehrana qarşı təkrar sanksiyalar tətbiq edilməsini istəməyib. Eyni zamanda, o, ABŞ-ın gələcəkdə bu cür güzəştlər etmək niyyətində olmadığını vurğulayıb.

"Bu, onların son şansıdır. İranın nüvə sazişi qarşıdakı aylarda yenidən nəzərdən keçirilməzsə, ABŞ dərhal sazişdən çıxacaq", - amerikalı vitse-prezident söyləyib.

Xatırladaq ki, dünən Beynəlxalq Atom Enerjisi Agentliyi İran tərəfinin atom sazişi üzrə öhdəliklərini yerinə yetirdiyini təsdiqləyib. 2015-ci ildə İran və altı beynəlxalq vasitəçi (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) İranın nüvə probleminin həlli mövzusunda razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi