Mayk Pompeo: "Şimali Koreya nüvə poliqonunun sökülməsini yoxlayacaq ekspertləri əraziyə buraxmağa hazırdır"

Mayk Pompeo: "Şimali Koreya nüvə poliqonunun sökülməsini yoxlayacaq ekspertləri əraziyə buraxmağa hazırdır" Bakı. 8 oktyabr. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen In Pungeri nüvə poliqonunun sükülməsini yoxlayacaq beynəlxalq ekspertləri həmin əraziyə buraxmağa razıdır.
Digər ölkələr
8 Oktyabr , 2018 13:40
Mayk Pompeo: Şimali Koreya nüvə poliqonunun sökülməsini yoxlayacaq ekspertləri əraziyə buraxmağa hazırdır
NPR
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen In "Pungeri" nüvə poliqonunun sükülməsini yoxlayacaq beynəlxalq ekspertləri həmin əraziyə buraxmağa razıdır.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri ilə görüşdən sonra ABŞ dövlət katibi Mayk Pompeo bildirib. 

Danışıqlar zamanı Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində xeyli irəliləyişə nail olduqlarını qeyd edən M.Pompeo həmçinin Kim Çen Inla ABŞ Prezidenti Donald Tramp arasında ikinci görüşün vaxtı və yerini razılaşdırmağa çox yaxın olduqlarını dilə gətirib.

Xatırladaq ki, "Pungeri" nüvə poliqonunun bağlanmasına hazırlıq işlərinə bu il mayın 12-də başlanılmış, ayın 15-də isə bunu ABŞ müşahidəçiləri təsdiq etmişdilər. Mayın 24-də xarici jurnalistlərin də iştirak etdiyi mərasimdə poliqon sökülmüşdü.

Son xəbərlər

Orphus sistemi