Mayk Pompeo İranı onun iqtisadiyyatını iflasa uğradacağı ilə hədələyib

Mayk Pompeo İranı onun iqtisadiyyatını iflasa uğradacağı ilə hədələyib Əgər Tehran öz davranışını dəyişdirməsə, İran iqtisadiyyatı iflasla qarşılaşacaq.
Digər ölkələr
12 Oktyabr , 2019 04:24
Mayk Pompeo İranı onun iqtisadiyyatını iflasa uğradacağı ilə hədələyib
Mayk Pompeo

Əgər Tehran öz davranışını dəyişdirməsə, İran iqtisadiyyatı iflasla qarşılaşacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq mesajı ABŞ-ın dövlət katibi Mayk Pompeo özünün "Twitter" səhifəsində yayıb.

"ABŞ İran təcavüzünün yenilənməsi şəraitində Səudiyyə Ərəbistanına kömək və onun müdafiə potensialının güclənməsi üçün əlavə qüvvələr, texnika göndərir. İran rejimi öz davranışını kökündən dəyişdirməlidir və normal ölkə kimi hərəkət etməlidir. Əks təqdirdə o öz iqtisadiyyatının iflasını müşahidə edə biləcək", - deyə xarici siyasət idarəsinin rəhbəri yazıb.

Son xəbərlər

Orphus sistemi