Mavritaniya sahillərində qayıq qəzası nəticəsində 87 miqrant boğulub
Digər ölkələr
- 04 iyul, 2024
- 17:47
Mavritaniyanın cənub-qərb sahillərində qayıq qəzası nəticəsində 87 miqrant həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Əl Akhbar" informasiya portalı məlumat yayıb.
Məlumata görə, əksəriyyəti Seneqal və Qambiyadan olan miqrantların meyitləri sahil mühafizəsi əməkdaşları tərəfindən Ndiaqo şəhəri yaxınlığındakı sularda aşkar edilib.
Qayıqda olan 184 nəfərdən 36-ı xilas edilib, onlarla insan itkin düşmüş hesab olunur.
Qərbi Afrika ölkələrinin sahillərindən qeyri-qanuni miqrantları Avropaya keçirmək cəhdləri adi hala çevrilib. Yararsız qayıqlarda tez-tez qəza halları müşahidə olunur ki, bu da onlarla miqrantın həyatını itirməsi ilə nəticələnir.
Son xəbərlər
22:40
Foto
Rusiyanın Zaporojyeyə zərbələri nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB
Digər ölkələr22:34
İran Hörmüz boğazından gəmilərin keçidi üçün yeni sistem tətbiq edir
Region22:26
Rimas Kurtinaytis: "Çətin mövsümü arxada qoyduq, çempionluğumuza çox sevinirik"
Komanda22:21
Nizami rayonunun bəzi yerlərində işıq olmayacaq
Energetika22:16
Milli Onkologiya Mərkəzində baş verən partlayışda yaralanan həkim radioloq vəfat edib
Sağlamlıq22:14
Əl-Zaidi: İraq İran və ABŞ arasında vasitəçi kimi çıxış edə bilər
Digər ölkələr22:03
Azərbaycanın 11 cüdoçusu Astanada "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Fərdi21:48
SEPAH bütün gəmiləri Hörmüz boğazından İranın marşrutu ilə keçməyə çağırıb
Region21:37