Mavritaniya sahillərində miqrant qayığının batması nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB

Mavritaniya sahillərində miqrant qayığının batması nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB Mavritaniya sahillərində afrikalı miqrantları daşıyan qayığın batması nəticəsində azı 15 nəfər ölüb.
Digər ölkələr
25 İyul , 2024 00:10
Mavritaniya sahillərində miqrant qayığının batması nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB

Mavritaniya sahillərində afrikalı miqrantları daşıyan gəminin batması nəticəsində ölənlərin sayı 25-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Avropaya gedən gəmidəki sərnişinlərin əksəriyyəti Seneqal və Qambiyadandır.

22:44

Mavritaniya sahillərində afrikalı miqrantları daşıyan qayığın batması nəticəsində azı 15 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) dərc olunmuş kommünikesində deyilir.

Məlumata görə, iyulun 15-də Qambiya sahillərində 300-ə yaxın insanın mindiyi qayıq 7 gün Atlantik okeanının sularında üzdükdən sonra iyulun 22-də Mavritaniyanın paytaxtı Nuakşot yaxınlığında tarazlığını itirərək çevrilib.

“15 nəfərin öldüyü təsdiqlənib. Mavritaniya sahil mühafizəsi 120 nəfəri xilas edib. Digərlərinin axtarışı davam etdirilir. Sağ qalanlardan 10 nəfər təcili surətdə tibbi yardım üçün xəstəxanalara göndərilib”, - BMqT-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi