"Mariya" qasırğası beş mümkün dərəcədən sonuncusuna çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 19 sentyabr, 2017
  • 00:27
Mariya qasırğası beş mümkün dərəcədən sonuncusuna çatıb - YENİLƏNİB

Bakı. 19 sentyabr. REPORT.AZ/ Atlantik okeanında formalaşmış "Mariya" qasırğası beş mümkün dərəcədən sonuncusuna çatıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğa Xəbərdarlığı Milli Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, küləyin maksimal sürəti 250 km/saatı ötə bilər.

Qasırğa mərkəzi Dominikan Respublikasına doğru yaxınlaşır.

Bundan əvvəl "Mariya" dördüncü dərəcəyə qədər güclənmişdi.


***01:58

Bakı. 19 sentyabr. REPORT.AZ/ Atlantik okeanı üzərində formalaşan "Mariya" qasırğası beş ballıq cədvəl üzrə təhlükəli 4-cü dərəcəyə qədər güclənib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğa Xəbərdarlığı Milli Mərkəzi məlumat yayıb.

"Mariya" 4-cü dərəcəli olduqca təhlükəli qasırğaya çevrilib. Qasırğanın mərkəzi və daxili dairəsi, gözlənildiyi kimi, qarşıdakı bir neçə saat ərzində Dominika ərazisinə keçəcək", - deyə məlumatda bildirilir.

Qasırğanın daxilində küləyin daimi sürəti saatda 215 kilometrə çatır.

Son xəbərlər

Bütün Xəbər Lenti