Mariupolda məktəb və ikimərtəbəli binaya mərmi düşüb

Digər ölkələr
  • 02 mart, 2022
  • 16:01
Mariupolda məktəb və ikimərtəbəli binaya mərmi düşüb

Rusiya hərbçilərinin Mariupol şəhərini atəşə tutması nəticəsində Kalmiusskiy rayonunda məktəb və ikimərtəbəli binaya mərmi düşüb.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Polisi məlumat yayıb.

Polisin məlumatına görə, Mariupol şəhəri və Manquş qəsəbəsi atəşə tutulub.

“Bir nəfər ölüb, iki polis yaralanıb. Doqquz obyekt – doğum evi, yataqxana, ərzaq mağazası və s. dağıdılıb. Martın 1-də açılan atəşlər zamanı yaralanan uşaq bu gün xəstəxanada vəfat edib”, - məlumatda deyilir.