Marin Le Pen Fransanın NATO-dan çıxmalı olğunu hesab edir

Marin Le Pen Fransanın NATO-dan çıxmalı olğunu hesab edir Bu barədə o seçkiqabağı proqramında bildirib
Digər ölkələr
4 Fevral , 2017 22:46
Marin Le Pen Fransanın NATO-dan çıxmalı olğunu hesab edir

Bakı. 4 fevral. REPORT.AZ/ Fransanın “Milli cəbhə” partiyasının lideri Marin Le Pen ölkəsinin NATO-nun tərkibindən çıxmasının zəruri olduğunu hesab edir.

“Report” xəbər verir ki, bu barədə o öz seçkiqabağı proqramında deyib.

Le Penin 144 vədi arasında Fransanın Avropa İttifaqından çıxmasına dair referendum, miqrant qəbuluna kvota qoyulması, təqaüd yaşının azaldılması, sosial ödənişlərin artırılması və gəlir vergisinin azaldılması da var.

“Bu proqramın məqsədi, hər şeydən əvvəl, Fransanın azadlığını özünə qaytarmaq və insanlara səs hüququ verməkdir”, — deyə o bildirib.

Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi