AEBA: Zaporojye AES yaxınlığında hərbi əməliyyatlar nüvə fəlakətinə səbəb ola bilər

AEBA: Zaporojye AES yaxınlığında hərbi əməliyyatlar nüvə fəlakətinə səbəb ola bilər Zaporojye atom elektrik stansiyasında (AES) son dərəcə narahatedici vəziyyət yaranıb. Hərbi əməliyyatlar hər an nüvə fəlakətinə səbəb ola bilər.
Digər ölkələr
12 Avqust , 2022 03:19
AEBA: Zaporojye AES yaxınlığında hərbi əməliyyatlar nüvə fəlakətinə səbəb ola bilər

Zaporojye atom elektrik stansiyasında (AES) son dərəcə narahatedici vəziyyət yaranıb. Hərbi əməliyyatlar hər an nüvə fəlakətinə səbəb ola bilər.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq  Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi bu barədə BMT Təhlükəsizlik Şurasının üzvlərinə xəbərdarlığında deyib.

BMT Təhlükəsizlik Şurasında çıxış edən AEBA rəhbəri Zaporojye AES ətrafında yaranmış vəziyyətdən ciddi narahatlığını bildirib.

“Hazırda atəş və ya digər hərbi əməliyyatlar nəticəsində nüvə təhlükəsizliyinə birbaşa təhlükə yoxdur. Amma vəziyyət hər an dəyişə bilər”, - Rafael Mariano Qrossi deyib.

O vurğulayıb ki, belə bir nüvə obyekti ətrafında hərbi əməliyyatlar dayandırılmalıdır, əks halda nəticələr son dərəcə ağır ola bilər.

“İstənilən nüvə fəlakəti qətiyyən qəbuledilməzdir. Belə bir hadisənin qarşısını almaq üçün çalışmalıyıq və bu, bizim ümumi məsuliyyətimizdir”, - AEBA rəhbəri bildirib.

Son xəbərlər

Orphus sistemi