AEBA rəhbəri Zaporojye AES-dəki təhlükə ilə bağlı BMT ölkələrinə çağırış edib

AEBA rəhbəri Zaporojye AES-dəki təhlükə ilə bağlı BMT ölkələrinə çağırış edib Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi Ukraynada Zaporojye AES-in ətrafında hərbi əməliyyatların davam etməsi ilə bağlı BMT-yə üzv ölkələrə çağırış edib.
Digər ölkələr
3 Avqust , 2022 03:18
AEBA rəhbəri Zaporojye AES-dəki təhlükə ilə bağlı BMT ölkələrinə çağırış edib

Atom Enerjisi üzrə Beynəlxalq  Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi Ukraynada Zaporojye AES-in ətrafında hərbi əməliyyatların davam etməsi ilə bağlı BMT-yə üzv ölkələrə çağırış edib.

“Report”un yerli bürosunun xəbərinə görə, Rafael Qrossi BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən mətbuat konfransında deyib ki, bölgədə vəziyyət olduqca həsas və dolaşıqdır:

"Rusiyanın işğalı altında olan Zaporojye AES-in ətrafında nüvə təhlükəsizliyinin bütün prinsipləri pozulub. Müharibə gedən regionu İki dəfə ziyarət etmişəm və vəziyyətin çox ağır olduğunu vurğulamaq istəyirəm. Biz bunun davam etməsinə imkan verə bilmərik. Problemdən çıxış yolları axtarmaqda davam edirik. BMT-nin bölgədə olduğunu görmək və proseslərdə iştirakını hiss etmək vacibdir. Bu, qlobal problemdir, vəziyyətdən çıxış yollarının tapılması istiqamətində bütün ölkələr öz töfhəsini verməlidir”.

Baş direktor 1986-cı ildə Çernobılda enerji blokunun partlaması nəticəsində baş verən faciəni xatırladıb və Zaporojye AES-də altı blokun olduğunu deyib.

Onun sözlərinə görə, zavod ətrafındakı hərbi fəaliyyət nüvə obyektini çökdürə bilər.

 
 
 
 
 

Son xəbərlər

Orphus sistemi