Bu ilin noyabr ayında danışıqların yeddi iştirakçı ölkələri Birgə Planın müddətini 2015-ci il iyun ayının 30-na qədər uzatmaq haqqında razılığa gəliblər. Onlar işi davam etdirmək və bu planla bağlı bəzi əlavə tədbirlər görmək üçün MAQATE-yə müraciət ediblər.
Yukiya Amano Agentliyin İdarə Şurası üzvlərinə məlumat verib ki, 2015-ci ilin iyun ayının 30-na qədərki dövrdə bu plan ilə uyğun müşahidə və nəzarət üzrə fəaliyyətə sərf olunan xərclər təxminən 5,5 mln. avro təşkil edəcək və Agentliyə könüllü büdcədən xaric ödəmələr şəklində əlavə olaraq 4,6 mln. avro tələb olunacaq. Yukiya Amano bu ödəmələri aparmaq qabiliyyətində olan üzv dövlətləri zəruri maliyyə vəsaitini mümkün qədər tez ödəməyə çağırıb.