Polis: Mançesterdə konsertdə partlayış zamanı 19 nəfər ölüb, 50 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Polis: Mançesterdə konsertdə partlayış zamanı 19 nəfər ölüb, 50 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB Polis hadisəni terror aktı kimi nəzərdən keçirir
Digər ölkələr
23 May , 2017 04:26
Polis: Mançesterdə konsertdə partlayış zamanı 19 nəfər ölüb, 50 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB
Twitter

Bakı. 23 may. REPORT.AZ/ Polisin apardığı dəqiqləşdirməyə görə, insident zamanı 19 nəfər ölüb, təqribən 50 nəfər yaralanıb.

"Report" xəbər verir ki, polis digər fərziyyələr ortaya çıxana qədər hadisəni terror aktı kimi nəzərdən keçirir.

***03:10

Mayın 22-si axşam saatlarında "Mançester Arena"da keçirilən konsert zamanı partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış səsləri amerikalı müğənni Ariana Qrande son mahnısını bitirərək səhnəni tərk etdikdən sonra eşidilib. Bu zaman işıqlar sönüb, insanlar təşviş içərisində çıxışa doğru qaçmağa başlayıblar. Hadisə yerinə polis və "təcili yardım" avtomobilləri cəlb olunub.

Stadionun yaxınlığında yerləşən "Viktoriya" dəmiryolu vağzalı bağlanıb. Terminal qatarları nə qəbul edir, nə də göndərir.

"NBC News" telekanalının məlumatına görə, stadionda partlayış zamanı ən azı 20 nəfər ölüb, 100 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi