Malidə otelə hücum nəticəsində ölənlərin arasında 6 Rusiya vətəndaşı da var

Malidə otelə hücum nəticəsində ölənlərin arasında 6 Rusiya vətəndaşı da var Həlak olan 6 Rusiya vətəndaşından 5-nin Ulyanovsk sakini olduğunu bildirilir
Digər ölkələr
21 Noyabr , 2015 18:34
Malidə otelə hücum nəticəsində ölənlərin arasında 6 Rusiya vətəndaşı da var

Bakı. 21 noyabr. REPORT.AZ/ Malidə otelə hücum nəticəsində həlak olanların arasında 6 Rusiya vətəndaşı da var.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, Rusiyanın XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova əldə olan informasiyanı dəqiqləşdirdikdən sonra bu barədə müvafiq bəyanatla çıxış edib.

Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov həlak olan 6 Rusiya vətəndaşından 5-nin Ulyanovsk sakini olduğunu bildirib. Həyatını itirənlərin hamısı “Volqa-Dnepr” aviakompaniyasının əməkdaşlarıdır. Qubernator, həmçinin kompaniyanın Maliyə uçan reyslərdən imtina etmək barədə müzakirə apardığını vurğulayıb.

Yerli hökumətin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 23-də Ulyanovsk vilayətində hadisə ilə bağlı matəm elan edəcək.

Xatırladaq ki, noyabrın 20-də bir neçə yaraqlı Malinin paytaxtı Bamakonun mərkəzində yerləşən otelə hücum edərək aralarında xeyli xarici vətəndaşın da olduğu 170 nəfəri girov götürüb. Bundan sonra təhlükəsizlik qüvvələri 190 nömrəlik oteli mühasirəyə alaraq əməliyyata başlayıb.

Hadisə yerində 27 cəsədin aşkarlandığı deyilsə də, Malinin Prezidenti İbrahim Bubakar Keyta cəmi 19 nəfərin həlak olduğunu, 7 nəfərin isə yaralandığını qeyd edib.

Hücumun məsuliyyətini İŞİD-ə qoşulan “Əl-Murabitun” qruplaşmasının öz üzərinə götürdüyü bildirilir. “Əl-Murabitun” bu ilin avqust ayında Malidə 13 nəfərin ölümü ilə nəticələnən digər bir otelə hücumu da öz üzərinə götürmüşdü.

Son xəbərlər

Orphus sistemi