Bakı. 6 aprel. REPORT.AZ/ Malidə bazaya təşkil edilən hücum nəticəsində az iki BMT sülhməramlısı ölüb və 10 nəfər yaralanıb.
“Report” xəbər verir ki, MINUSMA-nın (BMT-nin Malidə Stabilləşdirmə üzrə Çoxprofilli Kompleks Missiyası) kommünikesində bildirilir ki, sülhməramlıların Kidal bölgəsinin Aqelok şəhərində yerləşən düşərgəsi minaatanlardan atəşə tutulub.
Yaralıların bəzilərinin vəziyyəti ağırdır.