Malidə BMT sülhməramlısı öldürülüb

Malidə BMT sülhməramlısı öldürülüb Malidə əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində BMT-nin bir sülhməramlısı ölüb, daha üçü isə ağır yaralanıb.
Digər ölkələr
2 Oktyabr , 2021 21:26
Malidə BMT sülhməramlısı öldürülüb

Malidə əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində BMT-nin bir sülhməramlısı ölüb, daha üçü isə ağır yaralanıb.

"Report" xəbər verir ki, bu barədə BMT Baş Katibinin Malidəki xüsusi nümayəndəsi, BMT-nin Malidəki Çoxşaxəli İnteqrasiya Stabilizasiya Missiyasının rəhbəri Al-Qassim Vane öz tviter səhifəsində verib.

Vane hadisənin Əlcəzairlə sərhəd yaxınlığında, Malinin şimal-şərqindəki Tesalit şəhəri ərazisində baş verdiyini əlavə edib.

Xüsusi nümayəndə sülhməramlıların hansı ölkədən olduğu barədə məlumat verməyib.

BMT-nin Malidəki Çoxşaxəli İnteqrasiya Stabilizasiya Missiyası 2013-cü ilin yazında yaradılıb. Missiyanın məqsədi ölkə ərazisində təhlükəsizliyin gücləndirilməsində Mali hakimiyyətinə kömək etməkdir. Hazırda missiyanın 15 min hərbçisi var.

Son xəbərlər

Orphus sistemi