Maldiv adalarında keçirilən prezident seçkilərində müxalifətin namizədi qalib gəlib

Maldiv adalarında keçirilən prezident seçkilərində müxalifətin namizədi qalib gəlib Bakı. 24 sentyabr. REPORT.AZ/ Maldiv adalarında dünən keçirilən prezident seçkilərində müxalifətdən olan namizəd İbrahim Məhəmməd Solih qalib gəlib.
Digər ölkələr
24 Sentyabr , 2018 10:27
Maldiv adalarında keçirilən prezident seçkilərində müxalifətin namizədi qalib gəlib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Maldiv adalarında dünən keçirilən prezident seçkilərində müxalifətdən olan namizəd İbrahim Məhəmməd Solih qalib gəlib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Mihaaru" yerli xəbər portalı yazıb.

Portalın məlumatına görə, İbrahim Məhəmməd Solih 58,4%, hazırkı Prezident Abdulla Yamin isə 41,6% səs toplayıb.

Səsvermədə 232 mindən çox insan iştirak edib, onlardan 134 mindən çoxu müxalifət liderinə səs verib.

İ.M.Solih Maldiv Birgə Müxalifət Koalisiyasını təmsil edir.

Son xəbərlər

Orphus sistemi