Korrupsiyada ittiham olunan Malayziyanın keçmiş Baş naziri ömürlük həbs edilə bilər

Korrupsiyada ittiham olunan Malayziyanın keçmiş Baş naziri ömürlük həbs edilə bilər Malayziyanın keçmiş Baş naziri Nacib Razak korrupsiya və milyonlarla avro məbləğində dövlət əmlakının mənimsənilməsində ittiham olunur.
Digər ölkələr
3 Aprel , 2019 15:12
Korrupsiyada ittiham olunan Malayziyanın keçmiş Baş naziri ömürlük həbs edilə bilər
0 : 00
0 : 00

Malayziyanın keçmiş Baş naziri Nacib Razak korrupsiya və milyonlarla avro məbləğində dövlət əmlakının mənimsənilməsində ittiham olunur.

“Report” “dw”ya istinadən xəbər verir ki, aprelin 3-də onun məhkəmə prosesi başlayıb.

Bildirilib ki, ittihamlar təsdiqlənəcəyi halda, 65 yaşlı keçmiş hökumət başçısı ömürlük azadlıqdan məhrum ediləcək.

N.Razak 2009-2018-ci illərdə Malayziyanın Baş naziri olub.

Qeyd edək ki, bu ölkədə son 60 ildən çox müddətdə ilk dəfə olaraq müxalifət parlament seçkilərində qalib gəlmişdi. 2018-ci il mayın 10-da Malayziyanın sabiq Baş naziri Mahathir Məhəmmədin rəhbərlik etdiyi “Ümid alyansı” müxalifət koalisiyası ölkə tarixində ilk dəfə olaraq parlament seçkilərində qalib gəlib.

Son xəbərlər

Orphus sistemi