Yuxarı

Malayziyada müxalifət ilk dəfə olaraq parlament seçkilərində qalib gəlib

Malayziyada müxalifət ilk dəfə olaraq parlament seçkilərində qalib gəlib

Bakı. 10 may. REPORT.AZ/ Malayziyanın sabiq baş naziri Mahathir Məhəmmədin rəhbərlik etdiyi "Ümid alyansı" müxalifət koalisiyası ölkə tarixində ilk dəfə olaraq parlament seçkilərində qalib gəlir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziya Seçki Komissiyasının məlumatlarına istinadən "The Straits Times" nəşri məlumat yayıb.

Açıqlanan məlumatlara görə, bu siyasi birlik Aşağı palatada ən azı 112 yer tutacaq ki, bu da hökumətin yeni tərkibinin formalaşdırılmasında zəruridir.

Komissiyanın xəbərinə görə, seçicilərin seçkidə iştirak səviyyəsi 76 faiz təşkil edib. Bu göstərici 2013-cü ildə 85 faiz olub.

Bu yaxınlara qədər hakim hesab edilən "Milli cəbhə" koalisiyası ölkə müstəqillik əldə edəndən bu günə qədər 60 ildən çox bir müddətdə hakimiyyətdə olub və 13 il ardarda seçkilərdə qalib gəlib.

Tərkibində 5 partiya olan "Ümid alyansı" 2015-ci ilin sentyabrında formalaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi