​Malayziyanın baş naziri: "Belə aksiyalar xalqın iradəsini əks etdirmir"

​Malayziyanın baş naziri: "Belə aksiyalar xalqın iradəsini əks etdirmir" Nəcib Razak: "Əlbəttə, xalqın hakimiyyəti seçmə haqqı var"
Digər ölkələr
5 Sentyabr , 2015 12:25
​Malayziyanın baş naziri: Belə aksiyalar xalqın iradəsini əks etdirmir

Bakı. 5 sentyabr. REPORT.AZ/ "Ölkədə keçirilən kütləvi nümayişlər sabitliyi və birliyi pozduğundan səmərəsizdir".

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu Malayziyanın baş naziri Nəcib Razak ölkəsində keçirilən etiraz aksiyalarına münasibət bildirərkən deyib.

"Belə aksiyalar xalqın iradəsini əks etdirmir. Bundan başqa qanunlar və konstitusiya pozulur. Əlbəttə, xalqın hakimiyyəti seçmə haqqı var. Ancaq bu, küçədə etiraz aksiyaları ilə deyil, səsvermə yolu ilə həll edilməlidir", - deyə, baş nazir vurğulayıb.

Qeyd edək ki, etiraz aksiyaçıları baş nazir və hökumətin istefasını tələb edirlər. Aksiyalara Nəcib Razakın hesabında 650 milyon dolların olması ilə bağlı xəbər yayılandan sonra başlayıblar.

Hesabında pulun olduğunu baş nazir təsdiqləyərək, bildirmişdi ki, həmin məbləğ Yaxın Şərqdəki sponsorlardan onların rəhbərlik etdiyi Birləşmiş Malay Milli Təşkilatının ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, avqustun 30-da paytaxtı Kuala-Lumpurda keçirilən etiraz mitinqində 300 mindən 500 minədək etirazçının iştirak etdiyi haqda məlumat yayılmışdı.

Son xəbərlər

Orphus sistemi