Yuxarı

​Malayziyada sosial şəbəkələrdə senzuranı gücləndirmək niyyətindədirlər

Əgər ölkədə böhtanların yayılması prosesi olduğu kimi davam edərsə, o zaman ölkədə xüsusi məhkəmə yaradıla bilər

Bakı. 3 avqust. REPORT.AZ/ Malayziyanın baş naziri Nəcib Razak ölkədəki sosial şəbəkələrdə böhtanların yayılması ilə mübarizə aparmaq üçün qaydaların sərtləşdirilməsi barədə tapşırıq verib. Bu barədə "Report" Qazeta.RU-ya istinadən xəbər verir.

Razak bildirib ki, əgər ölkədə böhtanların yayılması prosesi olduğu kimi davam edərsə, o zaman ölkədə xüsusi məhkəmə yaradılacaq.

Baş nazir qeyd edib ki, texnoloji tərəqqiyə mane ola bilməz, lakin yalanın da hər yerdə həqiqətə çevrilməsinə də yol verə bilməz.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi