Malayziyada şaman dini ayin zamanı yanaraq ölüb - VİDEO

Malayziyada şaman dini ayin zamanı yanaraq ölüb - VİDEO O, bu yolla öz ruhunu "təmizləmək" niyyətində olub
Digər ölkələr
26 Oktyabr , 2017 05:51
Malayziyada şaman dini ayin zamanı yanaraq ölüb - VİDEO

Bakı. 26 oktyabr. REPORT.AZ/ Malayziyada özünü şaman adlandıran şəxs ruhun təmizlənməsi dini ayini zamanı həlak olub.

"Report" "Mirror" nəşrinə istinadən xəbər verir ki, insident daos məbədində baş verib.

"Qara köpək" ləqəbli Lim Ba ruhunu və cismini təmizləmək üçün altında ocaq yanan qazana girib. Təqribən 30 dəqiqədən sonra yaşlı kişi qazanın divarlarına döyərək çıxmaq istədiyini bildirib. Şaman qazandan çıxarılsa da, sonradan keçinib. Lim Ba ürək tutması və ikinci dərəcəli yanıq xəsarətlərinə dözə bilməyib.

Nəşr yazır ki, bu, kişinin iştirak etdiyi ilk analoji ayin deyil. Şaman belə qazanda 75 dəqiqə qalmaqla illər ərzində "ruhunu təmizləyib". Lakin son vaxtlar həkimlər ona səhhətinin pisləşməsi ilə bağlı xəbərdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi