Bakı. 4 oktyabr. REPORT.AZ/ Malayziyanın Tavau yaşayış məntəqəsində hərbi helikopterin məktəb binasının üstünə düşməsi nəticəsində 22 nəfər xəsarət alıb, ölənlər haqqında məlumat yoxdur.
"Report" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, hadisə Malayziyanın İndoneziya ilə sərhədində yerləşən Borneo adasında, Tavau rayonunda baş verib.
Məlumata görə, helikopterin göyərtəsində 14 hərbçi olub. Helikopterin pilotu ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Xəbərdə əsgərlərlə yanaşı, 7 şagird və məktəb işçisinin də xəsarət aldığı bildirilib.