Malayziya Ukraynada vurulan təyyarə ilə bağlı Beynəlxalq tribunalın yaradılmasını istəyir

Malayziya Ukraynada vurulan təyyarə ilə bağlı Beynəlxalq tribunalın yaradılmasını istəyir Rusiya hesab edir ki, belə bir addımı atmaq üçün hələ ki tezdir
Digər ölkələr
3 İyul , 2015 08:10
Malayziya Ukraynada vurulan təyyarə ilə bağlı Beynəlxalq tribunalın yaradılmasını istəyir

Bakı. 3 iyul. REPORT.AZ/ Malayziya höküməti BMT Təhlükəsizlik Şurasına rəsmən müraciət edərək, ötən il iyulun 17-də Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirən “Malaysia Airlines” şirkətinə məxsus “Boinq-777” sərnişin təyyarəsinin Ukraynanın Donetsk vilayəti ərazisində qəzaya uğraması ilə bağlı Beynəlxalq tribunalın yaradılmasını istəyib.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Beynəlxalq tribunalın yaradılması firkinə Niderland, Belçika və Ukrayna müsbət yanaşıb, Rusiya isə hesab edir ki, belə bir addımı atmaq üçün hələ ki tezdir.

Xatırladaq ki, “Buk” zenit-raket kompleksi ilə vurulan təyyarədə 298 sərnişi olub.

Son xəbərlər

Orphus sistemi