Yuxarı

Malayziya təyyarəsinin axtarışı dayandırılıb

Pis hava şəraitinin hökm sürdüyü bölgədə axtarış sabah davam etdiriləcək

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün səhər radarlardan itən Malayziya təyyarəsinin axtarışı hava qaralandan sonra dayandırılıb. Axtrış sabah səhər davam etdiriləcək.

"Report" xəbər verir ki, pis hava şəraitinin hökm sürdüyü bölgədə axtarışa İndoneziya höküməti başçılıq edir.

Qeyd edək ki, Air Asia şirkətinə məxsus A320-200 tipli təyyarə İndoneziyadan Sinqapura səfər edirdi. Təyyarədə 162 sərnişin vardı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi