Malayziya sahillərində batan turist gəmisinin bütün sərnişinləri tapılıb

Malayziya sahillərində batan turist gəmisinin bütün sərnişinləri tapılıb Gəminin göyərtəsində 31 nəfər olub
Digər ölkələr
29 Yanvar , 2017 15:21
Malayziya sahillərində batan turist gəmisinin bütün sərnişinləri tapılıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Xilasedicilər Malayziya sahillərində batan və göyərtəsində çinli turistlərin olduğu gəminin demək olar ki, bütün sərnişinlərini tapıblar. Lakin, təqribən neçə nəfərin tapıldığı açıqlanmır.

"Report" xəbər verir ki, bu barədə Çinin Malayziyadakı Baş Konsulluğuna istinadən "Sinxua" agentliyi məlumat yayıb.

Göyərtəsində 28 sərnişin və 3 heyət üzvünun olduğu gəmi ilə əlaqə yanvarın 28-də kəsilib.

Axtarış işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi