Malayziya Rusiya ilə danışıqların aparılmasını təkzib edib

Malayziya Rusiya ilə danışıqların aparılmasını təkzib edib Malayziyanın xarici işlər naziri Seyfuddin Abdulla “Aeroflot” aviaşirkətinin birbaşa reyslərinin açılması, eləcə də elektron məhsulların Rusiyaya ixracı ilə bağlı Rusiya tərəfi ilə danışıqların aparılması barədə məlumatı təkzib edib.
Digər ölkələr
7 May , 2022 21:13
Malayziya Rusiya ilə danışıqların aparılmasını təkzib edib

Malayziyanın xarici işlər naziri Seyfuddin Abdulla “Aeroflot” aviaşirkətinin birbaşa reyslərinin açılması, eləcə də elektron məhsulların ixracı ilə bağlı Rusiya tərəfi ilə danışıqların aparılması barədə məlumatı təkzib edib.

Bu barədə “Report” “Bernama” agentliyinə istinadən xəbər verir.

“Mən bu məsələlərə aydınlıq gətirmək istəyirəm, çünki anlaşılmazlıqlar yarana bilər və Malayziyanın maraqlarına toxuna bilər. Malayziya beynəlxalq ticarətlə məşğul olan bir dövlət olaraq xarici avişirkətləri qəbul etməyə açıqdır.

“Aeroflot”un reyslərinin açılması ilə bağlı danışıqlar aparılmır. Bundan əlavə, yarımkeçiricilər və elektronikanın Rusiyaya ixracı imkanları heç vaxt müzakirə olunmayıb”-deyə, nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi