Malayziya polisi İŞİD silahlısı olmaqda şübhəli bilinən 9 nəfəri saxlayıb

Malayziya polisi İŞİD silahlısı olmaqda şübhəli bilinən 9 nəfəri saxlayıb Onlardan ikisi iyunda Kuala Lumpur ətrafındakı barda törədilmiş partlayışın hazırlanmasında şübhəli bilinir
Digər ölkələr
13 Avqust , 2016 09:51
Malayziya polisi İŞİD silahlısı olmaqda şübhəli bilinən 9 nəfəri saxlayıb

Bakı. 13 avqust. REPORT.AZ/ Malayziya polisi İŞİD terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 9 nəfəri saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, onlardan ikisi iyunda Kuala Lumpur ətrafındakı barda törədilmiş partlayışın hazırlanmasında şübhəli bilinir.

Xatırladaq ki, iyunun 28-də paytaxt Kuala Lumpur ətrafında yerləşən barda qumbara partladılıb. Hadisə nəticəsində 8 nəfər yaralanıb. Bu partlayış ölkədə İŞİD-in törətdiyi ilk terror hücumi olub.

Sonradan yeli polisin baş müfəttişi Xalid Əbu Bakar partlayışın Suriyada İŞİD tərəfdə döyüşən malayziyalı - Məhəmməd Vanndi Mohamed Cedi tərəfindən təşkil edildiyini açıqlayıb. X.Ə.Bakarın sözlərinə görə, barda partlayış törətmiş iki kişi Məhəmməd Cədidən yeni təlimatlar gözləyərkən ölkənin şimal-şərqində yerləşən Kelantan ştatında həbs edilib.

Son xəbərlər

Orphus sistemi