Malayziya Myanmadan olan rohinca qaçqınlarını sığınacaqla təmin edəcək
Digər ölkələr
- 08 sentyabr, 2017
- 09:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 sentyabr. REPORT.AZ/ Malayziya hökuməti Myanma qaçqınlarına - rohinca etnik azlığının nümayəndələrinə müvəqqəti sığınacaq verəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın Gəmiçilik Agentliyinin rəhbəri Zülkifli Abu Bakar məlumat verib.
Onun sözlərinə görə, əvvəlcə dəniz yolu ilə gələn qaçqınların Malayziyadan növbəti hərəkət üçün lazımi yardım alacağı planlaşdırılsa da, amma sonradan plan dəyişib.
Agentlik rəhbəri həmçinin qaçqınların çox güman, adətən sənədsiz əcnəbilərin yaşadığı xüsusi immiqrasiya mərkəzlərinə yerləşdiriləcəyini bildirib.
Qeyd edək ki, Malayziya Qaçqınların statusu haqqında Konvensiyaya qoşulmayıb və bu səbəblə onları qeyri-qanuni miqrant hesab edir.
Son xəbərlər
09:47
Azərbaycanda "Uşaq Hüquqları Aylığı" elan edilib
Daxili siyasət
09:45
Cənubi Koreya şirkəti dəmir yollarının rəqəmsallaşdırılmasında Azərbaycana kömək edəcək
İnfrastruktur
09:44
Biləsuvarda avtomobil aşıb, ölən və yaralanan var
Hadisə
09:44
"Turan" klubu bu gün CEV Çempionlar Liqasında ilk oyununu keçirəcək
Komanda
09:43
Bakıda küləyin sürəti 27 m/s-yə çatır - Faktiki hava
Ekologiya
09:42
2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb
Elm və təhsil
09:38
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
Region
09:34
Foto
Emin Əmrullayev saksoniyalı həmkarı ilə görüşüb
Elm və təhsil
09:32
Baba Rzayev: "Azərbaycanda son 7 ildə 51 yarımstansiya tikilib"
Energetika