Malavidə yol qəzasında 20-dən çox həvəskar futbolçu və azarkeş ölüb

Malavidə yol qəzasında 20-dən çox həvəskar futbolçu və azarkeş ölüb Malavinin şimalında azı 22 həvəskar futbolçu və azarkeş oyundan qayıdarkən avtomobilinin aşması nəticəsində həlak olub.
Digər ölkələr
6 İyun , 2023 01:18
Malavidə yol qəzasında 20-dən çox həvəskar futbolçu və azarkeş ölüb

Malavinin şimalında azı 22 həvəskar futbolçu və azarkeş oyundan qayıdarkən avtomobilinin aşması nəticəsində həlak olub.

“Report” istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, sürücü idarəetməni itirib və içərisində təxminən 80 nəfərin olduğu avtomobil döngədə aşıb. 22 nəfərin ölümündən başqa, daha 12 sərnişinin yaralandığı bildirilir, onların vəziyyəti ağır qiymətləndirilir.

Malavi Prezidenti Lazarus Çakvera artıq ölən və yaralananların ailələrinə başsağlığı verib. O, qəza sonucunda ölənlərin ailələrinə gərəkli yardımın göstərilməsini tapşırıb.

Son xəbərlər

Orphus sistemi