Makronun xüsusi nümayəndəsi: Fransa öz qoşunlarını Çaddan çıxarmaq niyyətində deyil

Makronun xüsusi nümayəndəsi: Fransa öz qoşunlarını Çaddan çıxarmaq niyyətində deyil Fransa hakimiyyəti mövqeyini dəyişmək və qoşunlarını Çaddan çıxarmaq niyyətində deyil.
Digər ölkələr
8 Mart , 2024 16:37
Makronun xüsusi nümayəndəsi: Fransa öz qoşunlarını Çaddan çıxarmaq niyyətində deyil

Fransa hakimiyyəti mövqeyini dəyişmək və qoşunlarını Çaddan çıxarmaq niyyətində deyil.

“Report” Fransa KİV-lərinə istinadən xəbər verir ki, bunu Fransa Prezidentinin Afrika üzrə xüsusi nümayəndəsi Jan-Mari Bokel Çad dövlət başçısı Mahamat İdris Debi ilə danışıqlardan sonra deyib.

Xüsusi nümayəndənin sözlərinə görə, Fransa hökuməti regionda təhlükəsizlik sisteminin uyğunlaşdırılması üçün Çad hakimiyyəti ilə əməkdaşlığa hazırdır.

O qeyd edib ki, Fransa Çadda qalmalıdır və qalacaq.

Xatırladaq ki, bu Afrika ölkəsində hazırda minə yaxın fransalı hərbçi var.

Son xəbərlər

Orphus sistemi