Fransa Prezidenti Emmanuel Makronun "Birlikdə!" (“Ensemble!”) koalisiyası ikinci turda Milli Məclisdə yerlərin mütləq əksəriyyətini ala bilməyib.
“Report” xəbər verir ki, bu barədə
Makronun yaratdığı koalisiyaya "İntibah" (əvvəlki “İrəli, Respublika” - reda) Partiyasından əlavə mərkəzçi “Demokratik Hərəkat” Partiyası, sağ mərkəzçi Üfüqlər və Hərəkat partiyaları daxildir. Koalisiya Milli Assambleyada 205-dən 235-ə qədər yer alacaq və bununla da sadə səs çoxluğunu təmin edəcək.
Nəticələrə görə ikinci yerdə 170-dən 190-a qədər mandat alacaq Jan-Lük Melanşonun Yeni Xalq Ekoloji və Sosial Birliyi (“Nupes”), üçüncü yerdə isə Marin Le Penin Milli Birlik Partiyası qərarlaşıb. O, əvvəlkindən 10 dəfə çox, 75-dən 95-ə qədər mandat alıb.
İlkin məlumatlarda seçicilərin 54 faizi bitərəf qalıb. Seçicilər 1 148 namizəd arasından növbəti 5 il üçün parlamentin 577 deputatını seçiblər.
2017-ci ildəki əvvəlki parlament seçkilərində Prezident Emmanuel Makron “İrəli Respublika” və müttəfiqləri Milli Məclisdə çoxluq qazanıblar. "İrəli, Respublika!"nın 308 deputatı, Demokratik Hərəkatın və müttəfiq partiyaların 42 deputatı, 2017-ci ilin noyabrında yaradılan “Hərəkat” Partiyası ilə Demokratlar və Müstəqillər İttifaqının birləşmiş qrupunun 9 deputatı var.