Makron Ukraynadakı nüvə fəlakəti ilə bağlı xəbərdarlıq edib

Makron Ukraynadakı nüvə fəlakəti ilə bağlı xəbərdarlıq edib Fransa Prezidenti Emmanuel Makron Ukraynada davam edən hərbi əməliyyatlar səbəbindən mümkün nüvə fəlakəti ilə bağlı xəbərdarlıq edib.
Digər ölkələr
8 Mart , 2022 04:39
Makron Ukraynadakı nüvə fəlakəti ilə bağlı xəbərdarlıq edib

Fransa Prezidenti Emmanuel Makron Ukraynada davam edən hərbi əməliyyatlar səbəbindən mümkün nüvə fəlakəti ilə bağlı xəbərdarlıq edib.

"Report" xəbər verir ki, bu barədə Fransa dövlət başçısı LCI telekanalının efirində bildirib.

Makron atom elektrik stansiyalarının təhlükəsizliyini təmin etməyə çağırıb.

"Bu gün vəziyyət dünənkindən daha çox narahatlıq doğurur. Geniş atəşkəsə nail ola bilmədik. İndi səylərimiz ilk növbədə nüvə sənayesində fəlakətin qarşısını almağa yönəlib", - Fransa lideri deyib.

Makron qeyd edib ki, Fransa Ukraynada humanitar təşkilatların işinin təşkili və mülki şəxslərin təxliyəsi üçün tam atəşkəsin yaradılmasını zəruri hesab edir.

Onun sözlərinə görə, evakuasiya üçün humanitar dəhlizlərin əlaqələndirilməsi bu zonalarda atəşkəsin pozulması ilə bağlı mümkün təhlükələrə görə kifayət deyil.

Son xəbərlər

Orphus sistemi