Makron sabiq prezidentin ölümündən 7 gün sonra matəm elan etdi

Makron sabiq prezidentin ölümündən 7 gün sonra matəm elan etdi Fransa prezidenti Emmanuel Makron ölkənin sabiq dövlət başçısı Valeri Jiskar d Estenin ölümü ilə əlaqədar olaraq dekabrın 9-da milli matəm günü elan edib.
Digər ölkələr
4 Dekabr , 2020 05:27
Makron sabiq prezidentin ölümündən 7 gün sonra matəm elan etdi
Emmanuel Makron

Fransa prezidenti Emmanuel Makron ölkənin sabiq dövlət başçısı Valeri Jiskar d Estenin ölümü ilə əlaqədar olaraq 9 dekabrı milli matəm günü elan edib.

Bu barədə “Report” BFMTV-yə istinadən bildirir.

"Mən çərşənbə gününü milli matəm günü elan edəcəm, 9 dekabrda", - Makron xalqa müraciətində deyib.

Onun sözlərinə görə, Jiskar d Estenin xatirəsini yad etmək istəyən hər kəs Parisdəki Orse muzeyində xatirə kitablarında ürək sözlərini yaza biləcəklər.

Valeri Jiskar d Esten 1974-cü ildən 1981-ci ilə qədər Fransanın dövlət başçısı vəzifəsini icra edib. O, dekabrın 2-da 95 yaşında koronavirusdan vəfat edib. Məlumata görə, sabiq prezident dekabrın 5-də dəfn ediləcək. Beləliklə, onun ölümündən 7, dəfnindən 4 gün sonra Fransada matəm günü elan olunub.

Son xəbərlər

Orphus sistemi