Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Digər ölkələr
- 22 avqust, 2025
- 13:43
Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Polşanın Baş naziri Donald Tusk avqustun 27-də Moldovaya səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə “Reuters” Yelisey sarayına istinadən məlumat verib.
Qeyd olunub ki, Moldovanın müstəqillik gününə təsadüf edəcək səfər Avropaya inteqrasiya yolunda ölkə ilə həmrəylik nümayiş etdirmək üçün təşkil olunacaq.
"Liderlər Moldovanın təhlükəsizliyinə, suverenliyinə və Avropaya inteqrasiyasına tam dəstəklərini təsdiqləyəcəklər", - bəyanatda deyilir.
Qeyd edək ki, Moldova 2022-ci il martın 3-də Aİ-yə üzvlük üçün müraciət edib və həmin il iyunun 23-də namizəd statusu alıb. Aİ 2024-cü il iyunun 25-də ölkə ilə üzvlüklə bağlı rəsmi danışıqlara başlayıb.
Son xəbərlər
22:25
Ərdoğan: Suriyanın ərazi bütövlüyü qorunmalıdır
Digər ölkələr22:03
Rəsmi Belqrad Albaniya, Xorvatiya və Kosovonun müdafiə qurumlarının görüşünə etiraz edib
Digər ölkələr21:56
Axios: İran ABŞ ilə danışıqların keçiriləcəyi yeri dəyişmək istəyir
Digər ölkələr21:45
Qərbi Balkan ölkələrinin bəzi vətəndaşlarının Aİ-də uzun müddət qalmaları üçün işçi qrupu yaradılıb
Digər ölkələr21:42
Foto
Milli Olimpiya Komitəsində təltifetmə mərasimi keçirilib
Fərdi21:38
Reuters: ABŞ qırıcısı Ərəbistan dənizi üzərində İran PUA-sını vurub
Digər ölkələr21:25
Lyayen və Koşta Ukraynaya səfər edəcəklər
Digər ölkələr21:14
Foto
AFFA 3 klubun akademiyalarına baxış keçirib, yeniliklərin tədbiqi planlaşdırılır
Futbol21:11