Makron Fransa baş nazirinin istefasını qəbul edib
Digər ölkələr
- 05 dekabr, 2024
- 14:15
Fransa Prezidenti Emmanuel Makron ölkə parlamentinin etimadsızlıq səsverməsindən sonra baş nazir Mişel Barnyenin hökumətin istefası tələbini qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
“Bu gün Baş nazir hökumətinin istefası ilə bağlı ölkə Prezidentinə müraciət edib və o, bunu qəbul edib”, - qısa bəyanatda deyilir.
Qeyd olunur ki, Barnye və Nazirlər Kabinetinin digər üzvləri yeni hökumət təyin olunana qədər cari işləri davam etdirəcəklər.
Xatırladaq ki, dekabrın 4-də Fransa Milli Assambleyası hökumətə etimadsızlıq votumu keçirib və səsvermə nəticəsində etimadsızlıq qəbul edilib. Qərar 2025-ci il büdcəsinin qəbulu ilə bağlı mübahisələr fonunda yaranmış siyasi böhranın nəticəsi olub.
Son xəbərlər
20:07
"44" bədii filmi üzərində iş yekunlaşıb
Digər20:06
Foto
UEFA Konfrans Liqası: "Zirə" "Payde" ilə matçda hesabı açıb - YENİLƏNİR
Futbol20:05
İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb
Digər ölkələr20:00
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib
Energetika19:48
UEFA Konfrans Liqası: "Dinamo" və "Neftçi" komandalarının start heyətləri bəlli olub
Futbol19:41
Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq
Digər ölkələr19:32
Türkiyədə son sutkada baş verən 169 yanğından 163-ü söndürülüb - YENİLƏNİB
Region19:31
KMBİ: "Telegram"da saxta endirim elanları ilə yüzlərlə vətəndaşı aldadan iki nəfər saxlanılıb
Daxili siyasət19:25