Makron 2023-cü ilin əvvəlində Çinə səfər etməyi planlaşdırır

Digər ölkələr
  • 21 noyabr, 2022
  • 04:08
Makron 2023-cü ilin əvvəlində Çinə səfər etməyi planlaşdırır
Emmanuel Makron

Fransa Prezidenti Emmanuel Makron gələn ilin əvvəlində Çinə səfər etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Fransanın Çindəki səfiri Loran Bili noyabrın 21-də Çinin “Global Times” qəzetinə müsahibəsində bildirib.

“Prezident Makron vəzifəyə gəldikdən sonra artıq iki dəfə Çinə səfər edib və gələn ilin əvvəlində Çinə səfər etmək niyyətindədir”, - o qeyd edib.

Diplomatın sözlərinə görə, E.Makron və Çin Sədri Si Cinpin müntəzəm əlaqələr saxlayır: pandemiyanın başlamasından keçən üç il ərzində onlar 10 dəfədən çox danışıblar.

O, Makron və Si Cinpinin telefon danışıqları zamanı tez-tez Ukrayna böhranını, Koreya yarımadasındakı vəziyyəti, iqlim dəyişikliyi ilə mübarizəni və ərzaq təhlükəsizliyini müzakirə etdiklərini bildirib.

Qeyd edək ki, tərəflər arasında sonuncu görüş noyabrın 15-də Balidə keçirilən “G20” sammiti çərçivəsində baş tutub.

Son xəbərlər

Bütün Xəbər Lenti