Makkeyn xərçəng xəstəliyinin müalicəsindən imtina edib

Makkeyn xərçəng xəstəliyinin müalicəsindən imtina edib Bakı. 25 avqust. REPORT.AZ/ Amerikanın beyin xərçəngindən əziyyət çəkən respublikaçı senatoru Con Makkeyn müalicəsini terminal mərhələdə dayandırmaq qərarına gəlib.
Digər ölkələr
25 Avqust , 2018 01:14
Makkeyn xərçəng xəstəliyinin müalicəsindən imtina edib

Bakı. 25 avqust. REPORT.AZ/ Amerikanın beyin xərçəngindən əziyyət çəkən respublikaçı senatoru Con Makkeyn müalicəsini terminal mərhələdə dayandırmaq qərarına gəlib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun ailəsinin bəyanatında deyilir.

"Şiddətlənən xəstəlik və amansız yaşlanma öz hökmünü verdi. O, öz istəyi ilə müalicəni dayandırmaq qərarına gəldi", - deyə müraciətdə bildirilir.

Bəyanatda qeyd olunur ki, 81 yaşlı senator artıq həkimlərin onun nə qədər ömrü qalması ilə bağlı gözləntilərini geridə qoyub.

Con Makkeynin xərçəng xəstəliyinə yoluxması barədə rəsmi məlumat 2017-ci ildə yayılıb. Onun beyin xərçənginin aqressiv şəkli olan qlioblastomadan əziyyət çəkdiyi iddia olunurdu.

Son xəbərlər

Orphus sistemi