​Makedoniyanın baş naziri istefa verib

​Makedoniyanın baş naziri istefa verib Yüz gündən sonra ölkədə növbədənkənar seçkilər keçiriləcək
Digər ölkələr
15 Yanvar , 2016 01:12
​Makedoniyanın baş naziri istefa verib

Bakı. 15 yanvar. REPORT.AZ/ Makedoniyanın baş naziri Nikola Qruyevski istefa verib.

"Report" xəbər verir ki, istefa Makedoniyanın siyasi partiyaları arasında ölkədəki siyasi böhranın aradan qaldırılması məqsədi ilə əldə olunan razılaşmaya uyğun olaraq baş verib.

Razılaşma Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunub.

Yüz gündən sonra ölkədə növbədənkənar seçkilər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi