Makedoniyada təyyarə qəzası nəticəsində 6 italiyalı ölüb

Makedoniyada təyyarə qəzası nəticəsində 6 italiyalı ölüb Aviaqəzaya pis hava şəraiti səbəb olub
Digər ölkələr
7 Sentyabr , 2016 03:33
Makedoniyada təyyarə qəzası nəticəsində 6 italiyalı ölüb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Çərşənbə axşamı Makedoniyada kiçik şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 6 İtaliya vətəndaşı həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Rai News 24" telekanalı məlumat yayıb.

Məlumata görə, Almaniyada qeydiyyatda olan "Piper PA-34-200T" təyyarəsi Trevizo (Veneto vilayəti) şəhər aerodromundan havaya qalxaraq Priştinu (Kosovo) istiqamətində yola çıxıb və Veles şəhəri ətrafında (Makedoniyanın mərkəzi hissəsi) qəzaya uğrayıb.

Qeyd edilir ki, aviaqəzaya pis hava şəraiti səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi