Bakı. 14 fevral. REPORT.AZ/ Çərşənbə günü Şimali Makedoniya Respublikasında avtobusun iştirakı ilə baş verən qəza nəticəsində azı 13 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Venko Filipçeyə istinadən "Franc-Press" məlumat yayıb.
Bolqarıstanın "Focus" agentliyi yerli televiziyaya istinadən xəbər verir ki, təqribən 20 nəfər xəstəxanalara yerləşdirilib.
İlkin məlumata görə, avtobus Skopye şəhəri yaxınlığında çevrilib.