Yuxarı

​Makedoniya Yunanıstanla sərhəddə fövqəladə vəziyyət elan edib

Hakimiyyət bu yolla miqrant axınının qarşısını almağa çalışır

Bakı. 20 Avqust. REPORT.AZ/ Makedoniya hakimiyyəti bu gün Yunanıstan ilə sərhəddə fövqəladə vəziyyətin tətbiq edildiyini və əraziyə əlavə hərbi bölmələrin yerləşdirildiyini bəyan edib.

"Report" xəbər verir ki, bu tədbirlər minlərlə qeyri-leqal miqrantın respublika ərazisinə keçməsinin qarşısının alınmasına yönəldilib.

Beləliklə, Makedoniya və Yunanıstan arasındakı neytral ərazidə bir neçə min miqrantın qarşısı alınıb.

Məlumatlara görə, onlar Yunanıstandan Makedoniyaya, oradan isə tranzitlə Macarıstana və Avropa İttifaqı ölkələrinə getməyə çalışıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi