Yuxarı

​Makedoniya yunan banklarında olan bütün vəsaitlərini geri götürür

Bu cür vəziyyət maliyyə sistemində ciddi qeyri-stabillik yarada bilər

Bakı. 29 İyun. REPORT.AZ/ Makedoniya Mərkəzi Bankı Yunanıstan banklarındakı bütün vəsaitlərin çıxarılması haqqında qərar qəbul edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə bankın rəsmi bəyanatında bildirilir.

"Bu müdafiə tədbirləri müvəqqəti xarakter daşıyır və Makedoniyadan bizim cənub qonşumuz istiqamətində böyük vəsait axınının qarşısını almaq məqsədi ilə edilir", — deyə bəyanatda bildirilir.

Bank nümayəndələrinin sözlərinə görə, bu cür vəziyyət maliyyə sistemində ciddi qeyri-stabillik yarada bilər.

Bundan əvvəl məlumat verilib ki, Yunanıstanda nəğd pul verilişi 60 avroya qədər azaldıla bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi