Yuxarı

Makedoniya öz sərhədlərini Əfqanıstan vətəndaşları üçün bağlayıb

Yunanıstan-Makedoniya sərhədində 800-ə yaxın mühacirin qaldığı bildirilir

Bakı. 21 fevral. REPORT.AZ/ Bu gündən etibarən Yunanıstan-Makedoniya sərhədini ancaq Suriya və İraqdan olan mühacirlər keçə biləcək. Əfqanıstan sakinlərinə isə qadağa tətbiq olunacaq.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Makedoniya rəsmiləri bildiriblər ki, bu addım məcburi xarakter daşıyır. Belə ki, Serbiya öz sərhədlərini Əfqanıstan vətəndaşları üçün bağlandığı üçün əfqan mühacirlər Makedoniya üzərindən Qərbi Avropaya tranzit imkanından məhrum olublar.

Bu səbəbdən, artıq Yunanıstan-Makedoniya sərhədində 800-ə yaxın mühacirin qaldığı bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi