Mahmud Abbas: "Fələstin BMT-nin tamhüquqlu üzvü olmaq niyyətindədir"

Mahmud Abbas: "Fələstin BMT-nin tamhüquqlu üzvü olmaq niyyətindədir" "İslam dünyası Qüds məsələsində Fələstin xalqının yanında olmalıdır"
Digər ölkələr
13 Dekabr , 2017 19:26
Mahmud Abbas: Fələstin BMT-nin tamhüquqlu üzvü olmaq niyyətindədir

Bakı. 13 dekabr. REPORT.AZ/ "Fələstin BMT-nin tamhüquqlu üzvü olmaq üçün müraciət etmək niyyətindədir".

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Fələstin Dövlətinin başçısı Mahmud Abbas İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin fövqəladə Zirvə toplantısının yekununa həsr edilmiş mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ beynəlxalq hüquqa zidd qərar qəbul edib: "Biz bu qərarın ləğvi və Fələstinin BMT-nin tamhüquqlu üzvü kimi tanınması istiqamətində prosedurlara başlayacağıq. ABŞ obyektivlik və qərəzsizlik şərtini pozub. Ona görə də Birləşmiş Ştatlar həll prosesini nizamlayacaq tərəf ola bilməz". 

M.Abbas deyib ki, İslam dünyası Qüds məsələsində Fələstin xalqının yanında olmalıdır. 

Son xəbərlər

Orphus sistemi