Maduro yenidən Venesuelanın prezidenti seçilib - YENİLƏNİB

Maduro yenidən Venesuelanın prezidenti seçilib - YENİLƏNİB Bakı. 21 may. REPORT.AZ/ Venesuelanın dövlət başçısı Nikolas Maduro bazar günü keçirilən prezident seçkilərində 5,8 milyon seçici səsi (səslərin 68 faizi) toplayaraq qalib gəlib.
Digər ölkələr
21 May , 2018 07:32
Maduro yenidən Venesuelanın prezidenti seçilib - YENİLƏNİB

Bakı. 21 may. REPORT.AZ/ Venesuelanın dövlət başçısı Nikolas Maduro bazar günü keçirilən prezident seçkilərində 5,8 milyon seçici səsi (səslərin 68 faizi) toplayaraq qalib gəlib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Şurasının rəhbəri Tibisay Lusena bildirib.

"Seçkilərdə iştirak etmiş 46,01 seçici bülletenlərinin 92,6 faizinin hesablanmasından sonra Maduronun 5823718 səs, Enri Falkonun 1 820 552 seçici səsi, Havyer Bertuççinin 925 min səs topladığını deyə bilərik", - deyə Lusena bildirib.

Bu mənada Maduro 2025-ci ilə qədər dövlət başçısı vəzifəsində qalacaq.  

***06:54

Venesuelanın hazırkı dövlət başçısı Nikolas Maduro bazar günü keçirilən prezident seçkilərində rəqiblərini üstələyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, Milli Seçki Şurasının ilk göstəricilərində əksini tapıb.

Rəsmi məlumatlara görə, o, 5,8 milyon seçici səsi toplayıb. Maduronun rəqibi Enri Falkona isə 1,8 milyon seçici səs verib. Digər namizəd Havyer Bertuççi 925 min seçicinin səsini qazanıb. Prezidentliyə daha bir iddialı Reynaldo Kixaduya isə cəmi 34,6 min nəfər səs verib.

Artıq seçki bülletenlərinin 92 faizi hesablanıb. Seçkilərdə ölkə üzrə qeydə alınmış seçicilərin 46 faizi iştirak edib.

Son xəbərlər

Orphus sistemi