Maduro Venesuelaya hücumlara görə Kolumbiyanı ittiham edib

Maduro Venesuelaya hücumlara görə Kolumbiyanı ittiham edib Venesuela lideri Nikolas Maduro bildirib ki, hazırda Kolumbiyada Venesuelaya hücumlar məqsədilə yeni silahlılar hazırlayırlar.
Digər ölkələr
15 May , 2020 08:24
Maduro Venesuelaya hücumlara görə Kolumbiyanı ittiham edib

Venesuela lideri Nikolas Maduro bildirib ki, hazırda Kolumbiyada Venesuelaya hücumlar məqsədilə yeni silahlılar hazırlayırlar.

“Report” xəbər verir ki, bu barədə VTV bildirib.

"Kolumbiyada muzdluların yeni qrupları formalaşdırılır. Bizdə onların adları, soyadları, yerləri, təşkilatçıları və onları kimin gizlətməsi haqqında məlumatlar var. Yenidən hamı İvan Dukeni (Kolumbiya prezidenti-red) göstərir", - o bildirib.

Daha əvvəl Venesuelanın Müdafiə Nazirliyi bildirib ki, Kolumbiyada təlim görmüş və təşkil olunmuş terrorçu-muzdlular qrupu mayın 3-də səhər katerlərlə ölkə ərazisinə daxil olmağa çalışıb. Kolumbiya bu hadisədə iştirakı təkzib edib.

Son xəbərlər

Orphus sistemi