"Venesuela yenidən heç vaxt ABŞ-ın müstəmləkələr nazirliyi olan Amerika Dövlətləri Təşkilatına (ADT) üzv olmayacaq".
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro özünün "Twitter" səhifəsində yazıb.
"Biz müdaxilə, demokratik prinsiplərə və beynəlxalq hüquqa hörmətsizlik üzrə institut olan ABŞ-ın müstəmləkələri nazirliyindən azad olduq. Müstəqil vətənimiz ADT-yə "əlvida" deyir. Biz ADT-dən çıxdıq və heç vaxt ora qayıtmayacağıq", - deyə o yazıb.
Qeyd edək ki, Venesuela hökuməti Amerika Dövlətləri Təşkilatından çıxdığını bildirib. Ölkənin xarici işlər naziri Xorxe Arreasın sözlərinə görə, respublika bu qərardan sonra daha çox müstəqil olub.