Madridin gecə klubunda tavan uçub, 26 nəfər xəsarət alıb

Madridin gecə klubunda tavan uçub, 26 nəfər xəsarət alıb Hadisə Karabançel rayonunda baş verib
Digər ölkələr
14 Yanvar , 2018 15:16
Madridin gecə klubunda tavan uçub, 26 nəfər xəsarət alıb

Bakı. 14 yanvar. REPORT.AZ/ İspaniyanın paytaxtı Madridin gecə klublarından birində tavan uçub. Nəticədə azı 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Report” xəbər verir ki, bu barədə şəhərin fövqəladə hallar xidməti məlumat yayıb.

Hadisə Karabançel rayonunda baş verib.

"Təcili yarım əməkdaşları 26 nəfərlə məşğuldur, onlardan 11-i gecə klubunda 16 kv. metrlik asma tavanın uçmasından sonra zədə və yüngül travmalarla müxtəlif xəstəxanalara çatdırılıb", - deyə xidmətin "Twitter" mikrobloqunda qeyd olunub.

Ərazidə xilasedicilər və polis işləyir. Hadisənin bütün səbəbləri və baş vermə şəraiti araşdırılır.

Son xəbərlər

Orphus sistemi