Madriddə bank şöbəsində insanları girov götürən şəxs həbs edilib - YENİLƏNİB

Madriddə bank şöbəsində insanları girov götürən şəxs həbs edilib - YENİLƏNİB Girovları azad edərkən heç kim xəsarət almayıb
Digər ölkələr
16 Noyabr , 2017 14:53
Madriddə bank şöbəsində insanları girov götürən şəxs həbs edilib - YENİLƏNİB

Bakı. 16 noyabr. REPORT.AZ/ İspaniyanın paytaxtı Madriddə bank şöbəsində insanları girov götürən şəxs həbs edilib. 

"Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat verib. 

Bildirilir ki, saxlanılan şəxs bankı qarət etmək istəyib. Girovları azad edərkən heç kim xəsarət almayıb.

***13:55

Bakı. 16 noyabr. REPORT.AZ/ Naməlum silahlı şəxs İspaniyanın paytaxtı Madriddə bank şöbəsində insanları girov götürüb.

Bu barədə "Report" "El Pais" qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, ərazi polis tərəfində əhatəyə alınıb. 

Binada nə qədər insanın olduğu hələlik məlum deyil. 

Son xəbərlər

Orphus sistemi